Please enable JS

img

The Godfather

18 Yanvar 2016 , Bazar ertəsi/Bağır Sadiq/ Film

        Bu film ilk dəfə netdə qarşıma çıxanda köhnə olduğundan baxmamışdım, amma filmlər haqqında dostlarımla danışanda bu filmi baxmağa qərar verdim. Deyə bilərəm ki, düzgün qərar idi. Filmdən çox şey öyrənmək olar. Korleonenin elədiyi səhvlərdən tutmuş, intiqamın insanı hansı bataqlığa çəkdiyinədək.  III hissənin sonunda yoldaşını öz köhnə evlərinə apararaq burda böyüdüyünü deyir. Əslində onun məqsədi bu şəraitin formalaşmasında onun seçim şansının olmaması idi. O, bu ailədə doğulmuşdu. Yenə də bu işlərlə məşul olmaq istəmədi, amma o bu həyatdan qaçmaq istəsə də bu həyatdan qurtula bilmədi və deyirdi.

​​Mənim tək istəyim sizlərin təhlükəsiz yaşaması idi.

amma sonunda nə qədər istəsə də öz ailəsini bu təhlükədən uzaq tuta bilmədi.

Zəkası məni heytləndirdi. Düşmənlərini heç kimin cəsarət edə bilməyəcəyi qədər planlı şəkildə bir vaxtda aradan götürdü və onun davamçısı öz qardaşıoğlu oldu.

Al Paçinonun bu filmdəki rolunu çox bəyəndim. I hissədəki bölümündə cavab rolunda baba rolunu sanki tam öhdəsindən gələ bilmirdi, amma yaşlı hissəsində kifayət qədər öhdəsindən gəldi.

Gözəl filimdir. İyi filmlər.

Bu da filmdən sountrack. 


Yazılar

Şərhlər/ 0


Şərh yazın

Yazılar
Şərhlər