Please enable JS

img

Sərçənin sonu

22 Sentyabr 2014 , Bazar ertəsi/Bağır Sadiq/ Gördüklərim, düşündüklərim, yazdıqlarım

Yəqin ki, bunu hamı xatırlayır. Biz buna Naxçıvanda raqatqa deyirdik. Ağacın budaqlarından möhkəm olanları qopardıb hazırlayırdıq, sonra isə topun paktişkası (futbol topunun içərisindəki rezin) lazım idi. Onu səliqəli şəkildə kəsirdik. Çalışırdıq ki, əyri olmasin. Bu həm düz atmamağa, həm də ki, rezinin tez qopmasına gətirib çıxarırdı. Axırda da meşini (dəridən olan hissə) bağlayırdıq. Əsas məsələ bunla nə edirdim yaxud nə edirdik. ?

Raqatka ilə adətən quşları vururduq. Ən çox da sərçələri.  Mən nə qədər raqatka düzəltsəm də cəmi bir dəfə sərçə vura bilmişəm. Heç vaxt düz bura bilmirdim. Bu məni çox əsəbiləşdirirdi. Axı hami necə vura bilirdi.? Uşaqcasına qısqanclıq məni bürüyürdü.

Həyətimizin qurtaracağına yaxın iydə ağacı var idi. Ağacdan hər iki qonşu bəhrələnirdi. Açılmış tumurcuqlardan gözəl ətir qoxusu yayılırdı. Hamının bu qoxuyu sevdiyinə əminəm. Əsas məsələ mən də ağacların başında gəzişirdim. Bir gün yenə iydə ağacının başında olanda qonşu damının üzərinə uzanmış budaqlarda sərçələr düzülmüşdü. Sevincimin həddi hüdüdü yox idi. Raqatkamı hazırladım. Biz buna meşləmək deyirdik, meşlədim və atdım. Daş sərçənin sinəsinə dəydi və yerə yox qonşunun damına düşdü. Yanındakı şərçələr qorxudan uçuşub getsələr də yenə qayıtdılar və qəribə səslər çıxartmağa başladılar. 

Sanki ölən ataları idi. Bəlkə də həqiqətən belə idi.  Qısqanclıqdan kimlərinsə edib də mənim edə bilməməyimdən yaranan bu hiss kiminsə ölümünə gətirdib çıxartdı. Peşiman oldum. Ondan sonra  heç vaxt quşları vurmadım. Onların yerinə kola butulkalarını vururdum. 

Ps : Mənim quşları vura bilməməyimin ən doğrusu olduğunu anladım.  Biz bəzən nələrinsə alınmamasına görə təəssüflənsək də bəlkə də yox elə ən doğrusu bu olduğunu gələcək zamanlarda görürük və anlayırıq.!

 


Yazılar

Şərhlər/ 2

  • ava
    Orxan Mustafazade
    22 Sentyabr 2014 , Bazar ertəsi

    ...............)))) Cox tessufler olsun ki ushaqliq illerini geri qaytarmag mumkun deyil.Adam cox darixir o Miller ucun.. Ezizim Bagir,qoy bu web-sehife senin ucun ugurlu xeyirli olsun..

  • ava
    Bağır Sadiq
    22 Sentyabr 2014 , Bazar ertəsi

    Təşəkkürlər, Orxan. :)


Şərh yazın

Yazılar
Şərhlər