Please enable JS

img

Səhra çiçəyi

12 Noyabr 2017 , Bazar/Bağır Sadiq/ Oxuduğum kitablardan qeydlərim

Bu səfər oxuduğum kitab Waris Dirie`dən Səhra çiçəyidir. Məşhur olan Varisi daha da məşhur edən bu romanını yazmaq üçün nə təxəyyülünə güc verib, nə də ki, başqalarının həyat hekayələrini vərəqləyib. Səhra çiçəyi müəllifin öz başına gələnlərdir: kəlməbəkəlmə, addımbaaddim öz yaşadıqlarıdır. Həyat eşqinin hələ körpə qızcığazkən  balaca köksündə boğulması, dünyəvi həzlərə həsrət qoyulması barədə olduqca qəmli bir hekayət danışır, Varis. Somalinin dodaq çatladan susuz səhralarında boy atan bu çiçəyi məhv olmağa qoymayan onun əzmi olub. İllər sonra məşhur model olur. Afrikanın dəhşətinə çevrilmiş “qız sünnəti ” nin onu necə şikəst etdiyini  anladığı andan buna qarşı mübarizə aparmağa çalışıb. Səhra çiçəyi həm də bu mübarizənin bir formasıdir.

Kitab çox sadə və axıcıdır. Afrikadan qaçmaq hissəsinə kimi daha maraqlıdır. Ordakı insanların necə adət-ənənəyə sahib olduğunu və necə yaşadıqları haqda təsəvvürlərin yaranır. Varisin bəxti və əzmi sayəsində olduğu yerə gəlib çıxdığını deyə bilərəm.


Yazılar

Şərhlər/ 0


Şərh yazın

Yazılar
Şərhlər