Please enable JS

img

Hakimiyyətin 48 qanunu

9 Oktyabr 2017 , Bazar ertəsi/Bağır Sadiq/ Oxuduğum kitablardan qeydlərim

Əvvəllər romanlara daha çox üstünük verirdim. Son zamanlar vaxtımın azlığı və istədiyim sahələrdə daha çox bilik əldə edim prizmasından bu tipli kitablar daha çox oxuyuram. Hakimiyyətin 48 qanunu haqda onu deyə bilərəm ki, içərisindəki toplanmış məsləhətlərin bir çoxunu tətbiq etmək mümkündür. Bu qanunları yerinə və zamanında tətbiq etmək insanın bacarığından irəli gəlir. Demək olar ki, tam olaraq çoxunu tətbiq edə bilmirəm, amma üzərimdə çalışıram. Kitab oxumağa dəyər. Vaxt itkisi deyil. Dili axıcıdır. 

İçərisindən.

  • Adamları sənə yaxınlaşmağa məcbur et, əgər lazımdırsa, tələ yemi istifadə elə

Hakimiyyətin əsasənı təşkil edən - təşəbbüsü öz əlinizdə saxlamaq, başalarını etdiyiniz gedişlərə cavab verməyə məcbur etmək, rəqibləri və ətrafınızdakıları müdafiə mövqeylərində saxlamaq qabiliyyətidir. Adamlar göstərişlərinizlə hərəkət etmək məcburiyyətində qalanda, siz situasiyalara nəzarət etməyə başlayacaqsınız. Hakimiyyət isə situasiyalara nəzarət edənə məxsusdur.

  • Nəyə yiyələnə bilmirsən, ona nifrət et. Saya almamaq ən yaxşı isasdır

Xırda şeyi problem kimi qəbul etməklə siz ona mövcud olmaq hüququ verir və onu qüvvə ilə təmin edirsiniz. Siz düşmənə nə qədər çox diqqət ayırırsınızsa , o, bir o qədər güclü olur, axı kiçik səhvi düzəltməyə cəhd edəndə o çox vaxt daha ciddi  və nəzə çarpana çevrilir.


Yazılar

Şərhlər/ 0


Şərh yazın

Yazılar
Şərhlər