Please enable JS

img

Antalya, mən və dostum

24 İyul 2016 , Bazar/Bağır Sadiq/ Gördüklərim, düşündüklərim, yazdıqlarım

İlk öncə turla gedəcəksinizsə müxtəlif agentliklərə getmək lazım deyil, bu vaxt itkisindən başqa bir şeyə yaramır. Onsuzda bütün agentliklər otellərə bir saytdan baxırlar.

Otel haqqında - Queens Park Resort Göynük 5*

 

Oteldə təqribən 450 otaq var. Otaqları yaxşıdır. Hamam otağındakı duş kabineti bir az balacadır. Bu da diskomfort yaradır. Feni ümumiyyətlə apar at. Fil xortumuna bənzər bir şeydir. Saçı fenləmək də olmur. Ərazi böyükdür. Bir ədəd böyüklər və bir ədəd uşaqlar üçün hovuz var. Oteldən dənizə təqribən  60 m olar. Dəniz təmizdir. Qum sonradan gətirilib. Dəniz ilə qum arasında 1 m məsafə çınqıllıdır. Suyu  çox duzludur. Su eynəyi götürməyinizi məsləhət görərdim.  Bir ədəd otelin içərisində böyük yeməkxanası və bir ədəd də dənizə yaxın balaca yeməkxanası var. Üç bar var. Biri dənizə yaxın, biri hovuza digəri də içəridə. Otelin heyəti gülərüzdür. Oteldə qalanları ölkələr üzrə təqribən belə sıralamaq olar. Ukrayna, Qazağıstan, Azərbaycan və öz vətəndaşları.

Oteldən bir neçə görüntü.

 

 

 

 


Yazılar

Şərhlər/ 0


Şərh yazın

Yazılar
Şərhlər