Please enable JS

img

Ruhumda yorqunluq yelləri əsir

29 Avqust 2014 , Cümə/Bağır Sadiq/ Şeir

Ruhumda yorqunluq yelləri əsir

Səhər-səhər bir az isti çarpayımda oyanarkən

Unutduğum xatirələr qabağımda canlanarkən

Bilmirsən ki, nə edəsən

Günəş işıqları pəncərədən səfəq saçır

Ruhumdakı yorqunluq yellərini titrədərək

Gözüm dolur, canım yanır

Bir az şirin, bir az soyuq

Şirinçayı içə-içə anlayırsan

Bu boşluqlar şəhərinin insanısan

Küçələrdə dolaşırsan

Xatirələr boğur səni, o sökülən divarlardan

Çığlıq səsi, iniltilər eşidərək

Uşaqlığın xatirələri silinərək

Ruhumdakı yorqunluqlar arta-arta

Gücüm çatmır, anlayırsan

Bu boşluqlar şəhərinin insanısan

 

Bağır Sadiq 19.04.2012

 

 


Yazılar

Şərhlər/ 0


Şərh yazın