Please enable JS

img

Nənənin qəddarlığı

17 Mart 2015 , Çərşənbə axşamı/Bağır Sadiq/ Günlük həyat

Olmuş hadisədən...

Həyətimiz çox böyük idi. İki qapımız var idi. Bir qapı yuxarı məhləyə, o birisi isə aşağı məhləyə açılırdı. Hər ikisində də futboll oynayırdıq, amma ən çox aşağı məhlədə oynayırdıq. Orda köhnə qaz boruları var idi. Onlardan qapı dirəkləri kimi istifadə edirdik. Bir gün aşağı məhlədə qonşumla top oynayırdıq. O qapıda mən isə penaltı vururdum. Top qaz borusuna dəydi və bağlandığı yerdən çıxdı. Elə nə baş verdisə onda oldu....

Əvvəllər Naxçıvanda qaz yox idi. Sovetdən qalma boruların bəziləri yerində idi. Bəzilərini isə kəsib satmışdılar. Həmçinin əvvəllər  elektrik problemi də var idi. Onda hərə bir cür edirdi ki, qaranlıqda qalmasın. Bəzi qonşular da elektrikin nolunu bu qaz borularına bağlayırdı...

Qalxmışdı ki, borunu bağlasın elə nə olduysa onda oldu. Bir necə saniyə səsi gəlmədi. Mən də nəsə zarafat etdiyini düşündüm, amma elə deyilmiş. Qonşumu elektrik vururmuş. Onu bir güclə borudan qopara bildim. Sağ tərəfi sanki iflic kimi olmuşdu. hərəkət etdirə bilmirdi. Bağır nəfəs ala bilmirəm. Nəfəs ala bilmirəm..... Bunları dediyi an gözüm döngənin başında durmuş nənəsinə dəydi. Qıraqdan durmuş bizi izləyiri. Sanki heç nə baş verməş, sanki elektrik vuran bunun nəvəsi deyilmiş kimi bir necə dəqiqə bizə baxdıqdan sonra çıxıb getdi. Donub qalmışdım. İlk dəfədir ki, onda sənə ən yaxın olan insanın bu qədər qəddarlığını görürdüm.


Yazılar

Şərhlər/ 0


Şərh yazın

Yazılar
Şərhlər