Please enable JS

img

İtmiş hissləri axtarmaq

24 İyun 2016 , Cümə/Bağır Sadiq/ Şeir

Çox tuhaf bir hissdir

İtmiş hissləri axtarmaq

Hər küçədə

Sönmüş işıq dirəklərinin yanından keçərkən

Donmuş ruhumu təsəlli edərkən

Hər gülüşdə, başqalarının gözlərində

Harda olduğunu bilmədən

Bəlkə bulursun deyə axtarmaq

 

Soyuq qəlbimi alovlandırmaq üçün

Sönmüş Bakının küləyində

Gecə qaranlığında, işıqsız küçələrdə

Hər tində, hər şəhərdə

Sevgidən çox gözyaşlarının olduğu məmləkətdə

Yorulmadan usanmadan

Bir gün bulmaq ümidilə axtarmaq

 

23.06.16


Yazılar

Şərhlər/ 0


Şərh yazın

Yazılar
Şərhlər