Please enable JS

img

IOS 8 mənfi və müsbət tərəfləri

8 Oktyabr 2014 , Çərşənbə/Bağır Sadiq/ Texnologiya

İOS-8 yükləyən istifadəçilərə yeniliklərlə bərabər istənilməyən funksiyalar da əlavə olunub. Prosessoru zəif olan cihazlarda yüklənildiyində donma halları baş verir. Həmçinin yaddaşı az olan cihazlarda quraşdırılma sahəsi çox tələb etdiyindən yükləndikdən sonra istifadəçiyə istifadəsi üçün az sahə qalır. Cihazı əvvəlcə wi fi modem kimi istifadə edə bilirdiksə indi o, funkiyanı ləğv ediblər. Əlavə olunan funksiyalardan bir neçəsi.

Kamera

Kameraya saniyə funkiyası əlavə olunub. Bu yaxşıdır. Deyəcəksiniz ki, onsuzda bunu əvəz edən bir necə proqram var, amma özünün funksiyası olmağı həmişə üstünlüyü var. Sürətli çəkim funkiyası əlavə olunub. Kameranın üzrəində yuxarı aşağı hərəkət etdirməklə olduğunuz yerin işıq effektinə görə ayarlaya bilərsiniz.

 

Mesajlar

Mesajlar funkiyasıına  səsləri və videoları bas saxla ilə istifadə edə bilərsiniz. Mikrafonun üzərində basıb saxladıqda səsi yazır və buraxdıqda həm qulaq asa həm silə həm də göndərə bilərsiniz. Eyni ilə bu video funksiyasına da aitdir. Nəzərinizə çatdırmaq istərdim ki, bu funkiyanı  ancaq imessage istifadə edə bilərsiniz.Mesajların saatina baxma istəsəniz ekranı basılı saxlayaraq sağdan sola hərəkət etdirməlisiniz.mesaj yazanda sözləri avtomatik tapma özəlliyi çox yaxşıdır, amma təəssüf ki, Azərbaycan dili yoxdur.

Ailə içi bölüşmə - Family Sharing

Bu funkiya da eyni evdə istifadə edilən 6 apple cihazlarını arasında paylaşımdan söz gedir. Ailə üzvləri bir  kartdan istifadə edərək aldığı məsulu digər cihazlarda da istifadə edə biləcək. Bu həm xərcləri azaldacaq həm də uşaqların gizlincə almaq istədikləri app ları qarşı tərəfə bildirəcək.

 HealthKit 

Bu funkiya ilə sağlamlığınıza nəzarət edə bilərsiniz. Qan təyziqinizlə kilonuzu izləyə bilərsiniz. Həmçinin diyeta və xəstəliklərinizi tək platform altında toplayaraq və digər üçüncü part app larla gündəlik hərəkətlərə görə yanan kaloriləri hesablaya bilərsiniz. 


Yazılar

Şərhlər/ 2

  • ava
    nurlan
    12 Oktyabr 2014 , Bazar

    menim ekranim qaralir zeng gelende hec ne ede bilmirem gerek perezaqruska verem ki duzele ne ede bilerem?

  • ava
    Bağır Sadiq
    13 Oktyabr 2014 , Bazar ertəsi

    Telefonun ekranı durduq yerdə qaralır yoxsa zəng gələndə ? PS: Yenə də bunu edərsən Nurlan. Menudən ayarlara, genel sonra sıfırla var. Ordan tüm ayarları sıfırla var. Onu et. Telfonundakı heç nə silinməyəcək. Sadəcə zeng, sms, və digər səslər dəyişəcək. Edib cavab yazarsan.


Şərh yazın

Yazılar
Şərhlər