Please enable JS

img

IOS 8 də modem probleminin çözümü

19 İyun 2015 , Cümə/Bağır Sadiq/ Texnologiya

İOS 8 yüklədikdən sonra IPhone modem kimi istifadə edə bilmirdim. Xarici forumlardan axtardım və çarəsin tapdım. Sizlərlə paylaşıram.

 

IPhone ya da Ipad qurğunuzda “Ayarlar” menüsünə giririk. Aşağıdakı şəkildə görüldüyü kimi açılan səhifədəki işarətli yerə “hücresel” bölümünə daxil oluruq.

Ayarlar / Hücresel bülümündən açılan səhifədə biraz aşağıya hərəkət edərək “Hücresel veri ağı” bölümünə giririk.

Ayarlar / Hücresel / Hücresel Veri Ağı / bölümünə gəldikdən sonra yenə səhifənin aşağısına doğru yenərək aşağıdakı şəkildəki görüldüyü kimi “Kişisel Erişim Noktası” bölməsi qabağınıza çıxacaq.


Ayarlar / Hücresel / Hücresel Veri Ağı / Kişisel Erişim Noktası  bölməsində APN, Kullanıcı Adı ve Parola bölümü sizi çaşdırmasın. Kişisel Erişim Noktasını açmaq üçün APN bölümünə istədiyinizi yaza bilərsiniz. Mən öz web səhifəmi yazdım. www.baghirsadig.com Kullanıcı adı ve şifre bölümünü boş saxlayırıq və geri qayıdırıq.

Yuxarıdakı şəkildə gördüyünüz kimi “Ayarlar” menüsünün altında “Kişisel Erişim Noktası” görünəcəkdir.

 

PS: Əgər problem yaranarsa şərh yaza bilərsiniz.  


Yazılar

Şərhlər/ 0


Şərh yazın

Yazılar
Şərhlər