Please enable JS

img

Dostumun gedişi

26 Aprel 2016 , Çərşənbə axşamı/Bağır Sadiq/ Günlük həyat

Hal-hazırda saat  10:40 dır. Bir neçə saat qalır ki, ...

Evlərimiz arasında məsafə heç 100 metr deyildi. Zaman keçdikcə və biz böyüdükcə dost olmuşduq. Birlikdə etdiklərimiz getdikcə çoxalmışdı. Bir məktəbə və bir univrsitetə getdik. Əsgərliyi də bitirdik və Bakıya gəlidik.Onunla cox gözəl, çətin, sevincli, kədərli vaxtlarımız olub. Həyat bizi çox sınaqlardan keçirib. İndi isə mən bunları yaza-yaza vaxtın bitişini qarşıdakı saatda görməyim ürəyimi çox sıxmağa başlayıb, artıq bir zəngə yanımda olan çətinliyi birlikdə öhdəsindən gəldiyim dostumu yola salmağa hazırlaşıram. İndi də həyat bizi bununla sınayır. Mənim qardaşım olmayıb. Tanrı bu hissi məndən əsirgəyib. Mənə qardaş verməsə də qardaş birini verib. O mərd, gözəl xasiyyətli, ləyaqətli bir idi. Bu minvalla Allaha həmişə minnətdar olmuşam. 

Əziz qardaşım, seçdiyin bu yol səni daim uğura, sevincə, xoşbəxtliyə aparsın. Allah amanında.. 


Yazılar

Şərhlər/ 0


Şərh yazın

Yazılar
Şərhlər