Please enable JS

img

Cipbolik

2 Mart 2015 , Bazar ertəsi/Bağır Sadiq/ Günlük həyat

Yenə Naxçıvandakı vaxtlarımdan yazacam. Uşaq vaxı oynadığım ounlardan birini. Deməli adı belə idi “ Çipbolik”. Bəlkə başqa rayonlar başqa ad deyirlər bunu dəqiq bilmirəm. İlk olaraq onu necə hazırlayırdıq onu yazım.  Qoyun dərisindən ovuc boyda kəsirdik. Tən ortasından iki deşik açırdıq. Bu birinci mərhələ. Keçək ikinci mərhələyə. Bu mərhələdə bir ədəd kiçik paltar düyməsi və bir balaca bərk palçıq lazım idi. Düyməni ora basırdıq və deşiklərinə çöp taxırdıq. Sonra bizə qurğuşun lazım olurdu. Onu ocaqda əridirdik və palçıın içərisinə tokürdük. Soyuduqdan sonra qurğuşumu hazırladığımız dəriyə nazik simlə bağlayırdıq. Artıq hazır idi. Məhlədə kim daha yaxşısını düzəldər deyə baxardıq. Sonra oynayardıq. Ayaqla müxtəlif formalarla havaya doğru vuardıq. Kim daha çox vuracaq və qalib olacaq deyə.

Ps. Oyunun sabahı da ayaqlarımızın ağrısından ölürdük.   Təəssüf ki, şəkil yoxdur.


Yazılar

Şərhlər/ 0


Şərh yazın

Yazılar
Şərhlər